Norveç şirkəti Rusiyadakı bütün layihələrini bağladıbackend

Norveç şirkəti Rusiyadakı bütün layihələrini bağladı

Norveçin “Equinor” neft-qaz qrupu Rusiyadakı bütün layihələrini bağlayıb.

KONKRET.az xəbər verir ki, “Equinor” sentyabrın 2-də “Xara Yaxa” neft yatağındakı sövdələşmədən çıxdığını elan edib və bununla da şirkət Rusiyadakı bütün layihə və aktivlərini bağlamış olub.

Bu ilin may ayında “Equinor” “Rostneft” ilə dörd müştərək müəssisəsindən ayrıldığını elan etmişdi.

Xatırladaq ki, əvvəllər “Statoil” kimi tanınan Norveçin “Equinor” qrupu dünyanın 30 ölkəsində, o cümlədən Azərbaycanda təmsil olunur.//AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*