“Rusiyanın strateji nüvə təlimi ilə bağlı məlumatlıyıq”.
KONKRET.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder deyib. Rayder əlavə edib ki, Rusiya nüvə təlimləri ilə əlaqədar ABŞ-ı məlumatlandırıb.
Ağ tərəfi Rusiyanın “Qrom” nüvə təlimlərinin hər il keçirildiyini vurğulayıb. Yəni bu təlimdə nüvə təhdidi yoxdur. Hər halda amerikanlar belə düşünür. Pentaqon rəsmisi bildirib ki, amerikalılar Rusiyanın manevrlərini izləyir. Pentaqon müşahidələrinə görə, sözügedən təlimlərdə yeni rus raketlərin sınağı da həyata keçiriləcək.
“Dəlinin yadına daş düşüb”
Rusiya-Ukrayna savaşı yeni başlayanda Kremlin ikinci Çernobıl fürsətləri olub. Sadəcə, bunu müəyyən səbəblərə görə etməyib:
- 1. Həmin AES-lərin yerləşdiyi ərazi həm Rusiyanın öz, həm də ilhaq etdiyi torpaqlara yaxındır.
2. Ukraynaya məxsus atom elektrik stansiyaları rus əsgərləri tərəfindən partladılsa, orada qəza törədilsə, ilk ölən elə rus əsgərləri olacaq.
3. Bununla yanaşı AES və nüvə təhdidləri ilə bağlı Kremlin də imzaladığı beynəlxalq sənədlər var.
Moskva isə bilir ki, həmin sövdələşmələrin pozulması qlobal fəlakətə gətirə bilər. Tutaq ki, ABŞ Rusiyanın nüvə aktlarını özünə təhdid hesab edə və Kremli bombalaya bilər. Onsuz da, Ukraynadakı döyüşlərin gedişatında Britaniya da Rusiyaya xəbərdarlıq edib ki, nüvə silahından istifadə lazımi cavabını alacaq.
Ötən yazıların birində qeyd etdiyimiz kimi, Bill Qeytsin 8 noyabr planını da unutmaq olmaz.
Anar Rəhimov,
KONKRET.az
