“O, bizim əməkdaş deyil, klinikanın adı çəkilməsin” – “Medera Hospital” dan NÖVBƏTİ AÇIQLAMAbackend

“O, bizim əməkdaş deyil, klinikanın adı çəkilməsin” - "Medera Hospital" dan NÖVBƏTİ AÇIQLAMA

“Medera Hospital” Xalq artisti Ağadadaş Ağayevlə bağlı yaranmış insidentə münasibət bildirib.

“Medera Hospital” klinikasının hüquqşünası Xeyransa Babayevə KONKRET.az-a açıqlamasında Ağadadaş Ağayevlə “Vətən N” mühafizə şirkətinin əməkdaşı Nurəddin Cəlilov arasında yaşanan qalmaqalda hospitalın hec bir əlaqəsinin olmadığını deyib.

Xeyransa Babayevanın sözlərinə görə, mühafizəçi Nurəddin Cəlilov “Vətən-N” mühafizə şirkətinin rəhbəri Valeh Sultanovla bağlanmış müqavilə əsasında klinikanın mühafizəsini həyata keçirib:

“Mühafizəçi bizim klinikanın əməkdaşı deyil. Biz şirkətlə müqavilə bağlamışıq. Bizim klinikanın adının bu olayla bağlı çəkilməsini qəti şəkildə istəmirik. Çünki bizə aidiyyatı olmayan məsələdir. Biz şirkətlə müqavilə bağlamışıq ki, onlar klinikanın mühafizəsini təmin etsin”.

Qeyd edək ki, A.Ağayevin mühafizəçiyə atdığı balta klinikanın əməkdaşı Nəzakət Paşayevanın ayağına dəyib.

Aygün Mirakif

KONKRET.az

  • Habil Məmmədov
    İyul 24, 2024 - 13:52

    Haradadır bu Nəzakət Paşayeva? Kim görüb onun xəsarətini?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*