Oğrulara falçı da kömək edə bilmədibackend

Oğrulara falçı da kömək edə bilmədi

Hindistanın Maharaştra ştatının Baramati şəhərində oğrular cinayət törətməzdən əvvəl falçıya müraciət ediblər və hadisə zamanı yaxalanıblar.

KONKRET.az xəbər verir ki, dəstənin beş üzvü cinayət üçün əlverişli vaxt üçün falçıyla məsləhətləşərək oğurluğa gediblər.

10 milyon rupi oğurlayan cinayətkarlar hadisə yerində yaxalanıblar. İstintaq zamanı cinayətkarlar oğurluqdan əvvəl falçı yanına getdiklərini, onunla məsləhətləşdiklərini etiraf ediblər.

Falçı Ramçandra Çava cinayətin iştirakçısı kimi həbs edilib. Polis saxlanılanlardan 7,6 milyon rupi müsadirə edib. İstintaqla məlum olub ki, həmin falçı həm də mənzilində insan kəlləsi saxlayırmış. Müştərilərinə daha “effektli xidmət” üçün cümə axşamı saat 1:00-da kəllə vannası qəbul edirmiş.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*