Oktyabrın 1-dən sonra universitetlər açılır – Türkiyədəbackend

Oktyabrın 1-dən sonra universitetlər açılır - Türkiyədə

Türkiyədə ali məktəblərin yeni tədris ilinə başlaması oktyabrın 1-dən sonraya nəzərdə tutulub.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Türkiyə Ali Təhsil Şurasından bildirilib.

Qeyd olunub ki, yeni növ koronavirusla mübarizə tədbirləri ilə əlaqədar universitet yataqxanalarında tələbələrin sıx yerləşməməsi də nəzərə alınmaqla, universitetlərin 1 oktyabrdan sonra açılması tövsiyə olunub.

Qeyd edək ki, Türkiyə Səhiyyə Nazirliyi nəzdindəki Elm Qurumunun tövsiyəsi ilə dünən Təhsil naziri Ziya Səlcuk bütün orta məktəblərdə dərslərin onlayn şəkildə avqustun 31-dən fəaliyyətə başlayacağını deyib. Məktəblərin normal qaydada açılması isə sentyabrın 21-ə planlaşdırılır.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*