Meksikada həkimlər tərəfindən öldüyü bildirilən 3 yaşlı körpə dəfn zamanı ayılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “El Universal” qəzeti məlumat yayıb.
Bildirilib ki, üç yaşlı Kamilla avqustun 17-də mədə ağrıları, qusma və qızdırmaya görə anası tərəfindən pediatr yanına aparılıb.
Həkimlər qızdırmanı aşağı salmaq üçün onun bədəninə soyuq dəsmal qoyub, barmağına nəbz oksimetri qoşublar.
Uşaq evə buraxılsa da, vəziyyəti gündən-günə pisləşib.
Yenidən xəstəxanaya yerləşdirilən Kamilla həkimlərin müdaxiləsindən sonra dünyasını dəyişib.
Dəfn mərasimi zamanı isə insanları heyrətləndirən hadisə yaşanıb.
Belə ki, uşağın nənəsi tabutun açıq yerindən nəvəsinin gözünü qırpdığını görür. Tabut açılanda balaca Kamillanın yaşadığı məlum olub.
O, təcili yardımla xəstəxanaya aparılsa da bu dəfə beynindəki laxtalanma səbəbindən orada ölüb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
İqbal Rzayev,
KONKRET.az
