Ordumuza qarşı silahlı təxribat törədən ən aktiv erməni əsgərlərini siz də tanıyın – FOTObackend

Ordumuza qarşı silahlı təxribat törədən ən aktiv erməni əsgərlərini siz də tanıyın - FOTO

KONKRET.AZ xəbər verir ki, bu gün əksər erməni saytlarında Azərbaycana qarşı təxribat törədən əsgər və zabitlərin fotoşəkilləri yayılıb. Separatçı rejimin başçısı Bako Saakyanın bir qrup əsgərlə görüşü isə diqqətimizdən yayınmayıb. Məlum olduğu kimi, Dağlıq Qarabağda ermənilərin strateji təlimlər çərçivəsində mükafatlandırılması mərasimi keçirilib.

“Tiqranakert” poliqonunda əsgərlərlə görüşən Bako Saakyan onlara qoşunların təmas xəttində Azərbaycan əsgərlərini mütamadi atəşə tutduqlarına görə təşəkkürü bildirib. Bu da ermənilərin atəşkəs “sevgisi”. Belə çıxır ki, ermənilər bu vəziyyətdən yararlanaraq Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərini müxtəlif şəkildə hədəfə alaraq qarşıya qoyulan tapşırıqları rahatlıqla yerinə yetirəcək, biz isə tam şəkildə layiqli cavabını vermək üçün gözləyəcəyik.

Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*