“Oskar” mükafatı almış aktrisa vəfat etdibackend

“Oskar” mükafatı almış aktrisa vəfat etdi

Amerikalı aktrisa, “Oskar” mükafatçısı Olimpiya Dukakis vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə onun qardaşı Apollo Dukakis özünün “Facebook” səhifəsində xəbər verib.

Aktrisa uzun sürən xəstəlikdən sonra 90 yaşında Nyu-Yorkda dünyasını dəyişib.

O.Dukakis ilk növbədə “Ayın hökmündə” filmindəki rolu ilə məşhur idi. Məhz bu ekran əsərindki Rouz Kastorini obrazına görə aktrisa “Qızıl Kürə” və “Oskar” mükafatlarına layiq görülüb.

O, həmçinin üç dəfə ali kino mükafatının nominantı olub. oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*