Oteldə ərəbin başına oyun açdılarbackend

Oteldə ərəbin başına oyun açdılar

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 62 yaşlı vətəndaşı Faqini Həssən Məhəmməd Azərbaycanda qarət olunub.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, İsmayıl bəy Qutqaşınlı küçəsindəki otellərdən birində qalan ərəb turist iyulun 22-də, səhər saat 11-də Yasamal Rayon Polis İdarəsinə şikayətlə müraciət edib.

Onun sözlərinə görə, Şamaxı rayonuna səyahət zamanı pul kisəsi oğurlanıb. Pul kisəsində 700 ABŞ dolları, 200 Səudiyyə Ərəbistanı rialı və bank kartı olub.

İşin materialları cinayətin törədildiyi yer üzrə Şamaxı Rayon Polis İdarəsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*