Özbəkistanda maraqlı qərar: Məmurlar bu günü avtomobilsiz keçirəcəkbackend

Özbəkistanda maraqlı qərar: Məmurlar bu günü avtomobilsiz keçirəcək

Özbəkistanda məmurlar hər cümə gününü avtomobilsiz keçirəcək.

KONKRET.az Özbəkistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 10-dan mayın 10-dək Özbəkistanda “Təmiz hava” aylığı keçirilir.

Bununla əlaqədar olaraq məmurlara həftədə bir dəfə bu nəqliyyat növündən imtina etmək təklif olunur.

“Bütün nazirlik, idarə, müəssisə və təşkilatların əməkdaşlarını “Təmiz hava” aylığı çərçivəsində hər cümə günü avtomobildən istifadə etməməyə çağırırıq”, – məlumatda deyilir.

Bildirilib ki, aksiyanın məqsədi nəqliyyat vasitələrinin ətraf mühitə təsirini azaltmaq, eləcə də sağlam həyat tərzi üçün velosipeddən istifadə etməkdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*