Özbəkistanda qanadlı buzov dünyaya gəldi – VİDEObackend

Özbəkistanda qanadlı buzov dünyaya gəldi - VİDEO

Səmərqənd vilayətinin Paxtaçinski bölgəsindəki Kurpa məhəlləsinin əkinçilərindən birinə qanadlı buzov dünyaya gəlib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu hadisə fevralın 20-də Kurpa məhəlləsinin sakini Qaybulla Xayrullayevin evində qeydə alınıb.

Fermer özü bu fenomeni onunla izah edib ki, bəlkə də inəyin əkiz buzovları olmalı imiş. O qeyd edib ki, əvvəllər cütlüyün əkiz buzovları olub.

Məlumata görə, videonun hazırlanması zamanı buzov cəmi 3 günlük imiş.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*