Özdemir Araşdırma Mərkəzi: “Türkiyədəki seçkilərdə böyük fərqlə Ərdoğan qazanacaq”backend

Özdemir Araşdırma Mərkəzi: "Türkiyədəki seçkilərdə böyük fərqlə Ərdoğan qazanacaq"

“Ərdoğan Türkiyədəki seçkilərdə böyük fərqlə qazanacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Özdemir Araşdırma Mərkəzi “Twitter” hesabında bildirib.

Mərkəzinin sorğusuna əsasən, seçicilərin 54%-dən çoxu seçkilərin ikinci turunda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə hazırdır.

Prezident seçkilərinin ikinci turu mayın 28-nə təyin edilib. Qalib gəlmək üçün namizədə sadə səs çoxluğu lazımdır. Şənbə günü Türkiyənin xarici nümayəndəliklərində və sərhəd-keçid məntəqələrində səsvermə başlayıb.

Mayın 18-22-də aparılan araşdırmada, demək olar ki, altı min insan iştirak edib, səhv 1,7% təşkil edib.

Mərkəz bildirib ki, respondentlərin 54,12%-i Rəcəb Tayyib Ərdoğana, 45,88%-i Kamal Kılıçdaroğluna səs verməyə hazırdır.

Bu mərkəzin seçkilərin birinci turu öncəsi dərc etdiyi sorğu nəticələri kifayət qədər dəqiq proqnozlaşdırıb: Ərdoğan üçün 48,4%, rəqibi üçün 45,2%.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ilk turunda səslərin 49,52%-i, onun yeddi müxalifət partiyasından olan rəqibi Kamal Kılıçdaroğlu isə 44,88% səs toplayıb.

Ata ittifaqından Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan bazar ertəsi mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini açıqlayıb. Oğanı seçicilərin 5%-dən çoxu dəstəkləyib, 1 milyon 20 mindən çox səs isə etibarsız sayılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*