Pakistanda polis bölməsində partlayış baş verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Hayber Paxtunxva əyalətində yerləşən Terrorla Mübarizə İdarəsinin polis bölməsində bomba partlaması nəticəsində 10 nəfər həyatını itirib, 28 nəfər isə yaralanıb.
Bölmənin rəisi iki partlayış baş verdiyini və nəticədə məntəqənin tamamilə dağıldığını bildirib.
Terror aktı ilə bağlı hələlik məsuliyyəti heç kim öz üzərinə götürməyib.
KONKRET.az
