Pakistanlı jurnalist ÖLDÜRÜLDÜbackend

Pakistanlı jurnalist ÖLDÜRÜLDÜ

Pakistanlı jurnalist və teleaparıcı Ərşad Şərif Keniyanın paytaxtı Nayrobidə naməlum şəxslərin silahlı hücumu nəticəsində həyatını itirib.

KONKRET.azTRT Haber”ə istinadən xəbər verir ki, bu barədə mərhum jurnalistin həyat yoldaşı Javeria Siddiqi tvitter hesabında yazıb.

Jurnalistin ölümündən sonra Prezident Arif Alvi və Baş nazir Şahbaz Şərif başda olmaqla bir çox siyasətçi başsağlığı mesajı yayıb.

Bəzi jurnalistlər Şərifin ölümündə hökuməti və ordunu günahlandırıb.

Qeyd edək ki, keçmiş baş nazir İmran Xanın qatı tərəfdarı olan jurnalist Şahbaz Şərif hökumətini və ordunu sərt tənqid etməsi ilə tanınırdı.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*