Papikyan da Minskdə keçiriləcək KTMT sammitinə getməyəcəkbackend

Papikyan da Minskdə keçiriləcək KTMT sammitinə getməyəcək

Ermənistanın müdafiə naziri Suren Papikyan KTMT-nin Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan xəbər yayıb.

Bildirilib ki, Papikyan KTMT ölkələrinin Nazirlər Şurasının Minskdə keçiriləcək iclasında iştirak edə bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan və Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan da Minskə getməkdən imtina etdiyini açıqlamışdı.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*