Partiya rəhbəri koronavirusdan öldübackend

Partiya rəhbəri koronavirusdan öldü

İraqın Türkman Ədalət Partiyasının rəhbəri Ənvər Bayraqdar koronavirusdan həyatını itirib.

KONKRET.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Bildirilib ki, 10 gün əvvəl koronavirus testi pozitiv çıxan partiya lideri evdə karantin şərtləri altında yaşayırdı.

Anidən halı pisləşən Bayraqdar Kərkük dövlət xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*