Paşinyan Arutyunyanı Azərbaycana inteqrasiya etməyə çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “7or.am” nəşri məlumat yayıb.
“Bizdə olan məlumata görə, Nikol Paşinyan Arayik Arutyunyanla son söhbətində Ermənistan hakimiyyətinin Qarabağı Azərbaycanın bir hissəsi kimi gördüyünü deyib.
O, “Qərbin “Arsax” erməniləri üçün Azərbaycanın bir hissəsi kimi müəyyən status əldə etməyə söz verdiyini” bəyan edib.
Paşinyan həmçinin bəyan edib ki, Ermənistan “Arsax”a pul verir və Ermənistandan bundan daha çox şey gözləmək lazım deyil.
Nikol Arutyunyanı Bakı ilə qarşılıqlı anlaşmaya və inteqrasiya etməyə çağırıb. Arutyunyan bu yanaşmaya etiraz edib.
Paşinyanla Arutyunyan arasında söhbət yüksəldilmiş tonlarda baş tutub”, – deyə nəşr yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
