Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər Ermənistanın Avrasiya İqtisadi İttifaqına sədrliyinin yekunlarını, Aİİ çərçivəsində gözlənilən tədbirləri, eləcə də Ermənistan-Rusiya münasibətləri ilə bağlı bir sıra məsələlərini müzakirə ediblər.
