Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 7 ailənin hər birinə sərhəd kəndlərində mənzil tikintisinə başlamaq üçün 16 milyon dram veriləcək.
KONKRET.az erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin iclasında əmək və sosial məsələlər nazirinin müavini David Xaçatryan məlumat verib.
Baş nazir Nikol Paşinyan bu xəbərə belə reaksiya verib: “Çox şadam ki, artıq 7 ailənin sərhəd icmalarında torpaq sahələri var, tezliklə tikintiyə başlanılacaq. Düşünürəm ki, əgər onlar etiraz etmirlərsə, belə halları işıqlandırmaq lazımdır”.
Xatirə SADİQ,
KONKRET.az
