Rus Pravoslav Kilsəsinin rəhbəri Vladimir Qundyayev (Kiril) Novorossiysk kilsəsində liturgiya zamanı yıxılıb.
KONKRET.az xəbər verir ki, Rus Pravoslav Kilsəsinin başçısı əlində xaçla ziyarətçilərin oxuduğu “Ya Rəbb, rəhm et” mahnısının sədaları altında çıxışa doğru getmək istəyib. Lakin o, plitələrin üzərində sürüşərək müvazinətini saxlaya bilməyib.
Xidmətçilər Moskva Patriarxına kömək edə bilməyib və o, xaçla birlikdə arxası üstə yıxılıb.
Hadisəni kameralardan çıxarmağa vaxt qalmadığı üçün o, liturgiya qeydlərinə düşüb.
Qeyd edək ki, İyunun 16-da Böyük Britaniya Kirili Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyinə görə sanksiya siyahısına daxil edib.
Bununla belə, Qundyayevin Avropa İttifaqındakı aktivlərinin taleyi hələ də sual altındadır. Moskva Patriarxı heç vaxt Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyalarının altıncı paketinə daxil edilməyib.
KİV-in məlumatına görə, Rus Pravoslav Kilsəsinin rəhbəri Rusiyada onlarla iqamətgahın sahibidir, elit avtomobil parkına və yaxtalara malikdir. Onun hesablarında milyonlarla dollar var.
Xuraman Etibarlı,
KONKRET.az
