Pensiya sistemində BÖYÜK DƏYİŞİKLİK: Ev almaq olarbackend

Pensiya sistemində BÖYÜK DƏYİŞİKLİK: Ev almaq olar

Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir.

KONKRET.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, hazırda bununla bağlı qanun layihəsinin hazırlanması prosesi gedir. Bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.

Onun sözlərinə görə, vətəndaşlar pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına yönəltmək imkanı əldə edəcəklər. Belə ki, vətəndaş 50-55 yaşlarında topladığı pensiya kapitalının bir hissəsini birbaşa götürərək biznes qurmaq, təsərrüfat yaratmaq, ev almaq və ya digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının Dövlət Sosial Müdafiə Fondu (DSMF) hesabında qalan hissəsindən isə təqaüd almaqda davam edəcək.

Bildirilib ki, birbaşa götürülə biləcək pensiya ödənişi ümumi məbləğin təxminən 50-70 faizi civarında ola bilər. Bununla belə, vətəndaşların bu sistemə qoşula biləcəyi yaş, eləcə də birbaşa ödəniləcək pensiya məbləği və digər mexanizmlər hələ də müzakirə mərhələsindədir.

Deputat qeyd edib ki, bir çox ölkələrdə pensiya yaşı tamam olmadan da özəl pensiya fondlarında toplanmış vəsaitlərin bir hissəsini əvvəlcədən əldə etmək mümkündür.

  • Rauf
    Mart 15, 2026 - 17:54

    Verilse gözeldi

  • Ehmed
    Mart 16, 2026 - 00:55

    Eyer pensya kapitalinin 50 faizini gotursek pensyada azalmanolacaq yoxsa oldugu kimi davam edecey?

  • Ehmed henifeyev
    Mart 16, 2026 - 00:57

    Eyer pensya kapitalindan 50 faizini alsaq pensya yene heminki qaydada davam edecekmi yoxsa bir deyisiklik olacaq?

  • Elmir
    Mart 16, 2026 - 02:22

    Baki

  • Elvin
    Mart 16, 2026 - 16:23

    Pulsuz pentir ancaq siçan tələsində olar

  • Sedaqet
    Mart 17, 2026 - 08:15

    Hal hazırda olan pensiyacılar da bu qanunundan istifadə edə bilərmi?

  • Zemine
    Mart 17, 2026 - 20:21

    Buna Azerbaycan əhalisinin boyuk bir hissesinin çox ehtiyacı var..eminem ki, şərtlər de əlçatan olar…

  • Nadir hemidov
    Mart 17, 2026 - 20:50

    Salam men hərbiçi olmuşam pensiya kapitalında 93000 var onu stifade evde bilərəm.

  • Afet Huseynova
    Mart 18, 2026 - 19:00

    Salam , menkm pensfondumdada mueyyen mebleg var ,yasim 56, evim yox ,kirayelerde yasayiram , ailem yox , kenar gelirim yox , komek edenim yox ,xesteyem, mene mueyyen mebleg verile bilermi?

Elvin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*