Polis İmran Xanın evinə giribbackend

Polis İmran Xanın evinə girib

Pakistan polisi sabiq Baş nazir İmran Xanın Lahor şəhərindəki iqamətgahına daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə İmran Xan “Twitter“də yazıb.

O qeyd edib ki, məhkəmə prosesində iştirak etmək üçün İslamabad şəhərinə yola düşüb və bundan sonra polis qüvvələri onun evinin ətrafındakı barrikadaları yararaq daxil olublar.

Xan qeyd edib ki, polis onun evinə daxil olarkən xanımı tək olub: “Pəncab polisi Buşra Begum evdə tək olduğu vaxt hücum edib. Bunu hansı qanuna əsasən ediblər? Bu, London planının bir hissəsidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*