Polşanın xəbərdarlığı işə yaradı – ABŞ Ukraynaya 300 milyon ayırdıbackend

Polşanın xəbərdarlığı işə yaradı - ABŞ Ukraynaya 300 milyon ayırdı

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı günü Ukraynaya 300 milyon dollarlıq hərbi yardım göndəriləcəyini elan edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Bayden bu bəyanatı polşalı həmkarı Ancey Dudanı və baş nazir Donald Tusku Ağ Evdə qəbul etməyə hazırlaşdığı dəqiqələrdə səsləndirib. Bunun Polşa liderlərinin Rusiya təcavüzünün təkcə Ukrayna ilə yekunlaşmayacağı xəbərdarlığından sonra reallaşdığı bildirilir.

Baydenin sözlərinə görə, Qərb yubanmadan hərəkət etməlidir: “Rusiya Ukraynada dayanmayacaq. Putin Avropanı, ABŞ-ni və bütün azad dünyanı riskə ataraq yoluna davam edəcək”.

Qeyd edək ki, Polşa prezidenti Vaşinqtona səfərdən əvvəl bildirib ki, NATO Rusiyanın təcavüzünə aydın və cəsarətli cavab verməlidir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*