Premyer Liqada XXVII tura yekun VURULACAQbackend

Premyer Liqada XXVII tura yekun VURULACAQ

Misli Premyer Liqasının XXVII turuna bu gün iki oyunla yekun vurulacaq.

KONKRET.az xəbər verir ki, əvvəlcə “Səbail” “Neftçi” ilə üz-üzə gələcək.

“ASCO Arena”da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq. Hazırda “Neftçi” 28 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. 18 xala malik “Səbail” isə sonuncu – 10-cudur.

Turun son matçı Tovuz şəhər stadionunda “Turan Tovuz”la “Sumqayıt” arasında baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.

Tovuz təmsilçisi 43 xalla turnir cədvəlinin dördüncü pilləsindədir. 8-ci yerdə qərarlaşan Sumqayıt klubunun 25 xalı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*