Premyer Liqanın 2 oyunu bu günə qaldıbackend

Premyer Liqanın 2 oyunu bu günə qaldı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.

KONKRET.az xəbər verir ki, ilk olaraq “Zirə” “Qəbələ”ni qəbul edəcək. “Qartallar” 24 xalla liderdir, “qırmızı-qaralar” 8 xalla sonuncu-10 pillədə qərarlaşıb.

Günün ikinci matçında “Qarabağ” “Səbail”lə üz-üzə gələcək. Ağdam təmsilçisi 23 xalla ikinci, “dənizçilər” 21 xalla 4-cü sıradadır.

Turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (1:0), “Sumqayıt” “Neftçi”ni (2:1), “Sabah” “Turan Tovuz”u (3:2) məğlub edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*