“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İranın dövlət başçısı İbrahim Rəisi Novruz bayramından əvvəl Xudafərin sərhədində görüşəcəklər”.
KONKRET.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məlumat verib.
İranın Bakıdakı səfiri bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyi yaxın vaxtlarda fəaliyyətini bərpa etməyə hazırlaşır.
O, həmçinin bildirib ki, lazımi tədbirləri asanlaşdırmaq üçün nümayəndə heyəti artıq Tehrana gəlib.
Məlumatı İranın teleqram kanalları yayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
