Prezident Serbiya ilə imzalanan sazişi təsdiqlədibackend

Prezident Serbiya ilə imzalanan sazişi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş” təsdiq edilib.

KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, saziş 2022-ci il iyunun 1-də Bakı şəhərində imzalanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*