Putin prezident seçkilərində iştirak edəcəyini açıqladıbackend

Putin prezident seçkilərində iştirak edəcəyini açıqladı

“Rusiya prezidenti Vladimir Putin Kremlin Müqəddəs Georgi zalında xüsusi hərbi əməliyyatın iştirakçılarına “Qızıl Ulduz” ordenlərini təqdim etdikdən sonra 2024-cü ildə prezidentliyə namizəd olmaq qərarına gəldiyini açıqlayıb. Putin qalib gəlsə, o, beşinci dəfə dövlət başçısı olacaq.

KONKRET.az xəbər verir ki, mərasimdən sonra prezident təltif olunan Rusiya Qəhrəmanları ilə söhbət edib. “Sparta” batalyonunun komandiri Artyom Joqa Vladimir Putindən seçkiyə getməyi xahiş edib. Qalanları da müraciətə qoşulublar. Prezident onların təklifi ilə razılaşıb.

“Biz çox şadıq ki, prezident bizim təklifimizi eşitdi, bütün Rusiya onu dəstəkləyir”, – deyə Artyom Joqa RİA Novosti ilə söhbətində deyib. Batalyon komandirinin sözlərinə görə, prezident ona “zaman başqadır, amma bu gün o, xalqın yanındadır”, – deyib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*