“Rusiya kiminsə yorğanın altında yazdığı qaydalarına əməl etməyəcək”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fikir səsləndirib. Sankt-Peterburqda Qanunvericilər Şurası ilə görüşü zamanı Kreml rəhbəri sərt bəyanatlar verib. Putin qeyd edib ki, bəzi dövlətlər hüquqi bazanı və dialoq kanallarını məhv edir, öz baxışlarını və qondarma qaydalarını hamıya sırımağa çalışırlar.
“Bu qydaların necə hazırlandığını heç kim görməyib. Yorğan altında yazırlar və dünyaya sırımağa çalışırlar. Amma biz onların qaydalarına əməl etmək fikrində deyilik”, – deyə Putin vurğulayıb.
“Bizə problem yaratmaq istəyən dövlətlər bunu özləri üçün təşkil edirlər. Rusiya özünü başqa ölkələrdən təcrid etmək fikrində deyil. Rusiya dünya sivilizasiyasının mərkəzlərindən biridir”, – deyə Kreml rəhbəri fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
