Putin Təhlükəsizlik Şurasını topladıbackend

Putin Təhlükəsizlik Şurasını topladı

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İclasda ilk dəfə olaraq yeni vəzifədə keçmiş müdafiə naziri Sergey Şoyqu iştirak edib. Mayın 12-də Putin onu Nikolay Patruşevin yerinə Təhlükəsizlik Şurasının katibi təyin edib.

Kreml görüşün əsas mövzusunun postsovet məkanında formalaşmış müstəqil dövlətlərlə münasibətlərin qurulması olduğunu açıqlayıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*