Putinlə danışdım, Qarabağa 5-ci ölkələri daxil etmək… – Ərdoğanbackend

Putinlə danışdım, Qarabağa 5-ci ölkələri daxil etmək... - Ərdoğan

Azərbaycan torpağı olan Qarabağda erməni işğalı sona çatıb.

KONKRET.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ötən gün Rusiya Prezidenti Vladimir Putinlə məsələni ətraflı şəkildə danışdıq. Danışıqlar zamanı atılacaq addımları müzakirə etdik. Azərbaycan, Türkiyə və Rusiya olaraq bölgədə sülhün təmin olunması üçün addımlar atırıq. Bunu daha da genişləndirmək üçün şansımız var. Bu məsələni də Putinlə danışdıq. 4-cü və 5-ci ölkələri daxil etməklə prosesi başqa bir ölçüyə gətirə bilərik.

Bundan başqa, İlham Əliyev qardaşımla da danışmışam. Atılan addımları dəyərləndirmək fürsətimiz oldu. Hamısında bir xoşbəxtlik var. Kəlbəcər tamamilə boşaldılıb. Bundan sonra Kəlbəcərdə azərbaycanlı qardaşlarımız yaşayacaq. 30 illik məsələ həll olunub. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayıb. Hər kəs prosesə dəstək olmalı və addımlarını buna görə atmalıdır”, – Ərdoğan bildirib. (axar.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*