“Qalatasaray”ın növbəti qələbəsibackend

"Qalatasaray"ın növbəti qələbəsi

Türkiyə Superliqasında 30-cu turun növbəti oyunları keçirilib.

KONKRET.az xəbər verir ki, “Qalatasaray” səfərdə “Kasımpaşa” ilə qarşılaşıb. Görüş “cim-bom”un 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər oyunlarında “Rizəspor” “Qaziantep”ə 3:1, “Hatayspor” “Samsunspor”a 3:0 hesabı ilə qalib gəlib.

Bu nəticədən sonra xallarını 81-ə çatdıran “Qalatasaray” turnir cədvəlinə başçılıq edir. “Kasımpaşa” isə 43 xalla beşinci pillədə qərarlaşıb.

Tura bu gün keçiriləcək “Trabzonspor” – “Fənərbağça” matçı ilə yekun vurulacaq. Oyun Bakı vaxt ilə saat 21:30-da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*