“Qalatasaray” yenidən liderliyə YÜKSƏLDİbackend

"Qalatasaray" yenidən liderliyə YÜKSƏLDİ

Futbol üzrə Türkiyə Superliqasında XXVII tura yekun vurulub.

KONKRET.az xəbər verir ki, bağlanış oyununda “Qalatasaray” “Antalyaspor”u qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.

İstanbul təmsilçisinin heyətində qolları 12-ci və 45+1-ci dəqiqələrdə Kərəm Aktürkoğlu vurub. Qonaqlardan isə 33-cü dəqiqədə Sander van de Strik fərqlənib.

Bu nəticədən sonra xallarını 72-yə çatdıran “Qalatasaray” yenidən liderliyə yüksəlib. 35 xalı olan “Antalyaspor” isə 9-cudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*