Qarabağ erməniləri həm də Ermənistana qarşı mübarizə aparır – İLGİNC SƏBƏBLƏRbackend

Qarabağ erməniləri həm də Ermənistana qarşı mübarizə aparır - İLGİNC SƏBƏBLƏR

Qarabağ erməniləri indi faktiki olaraq təkcə Azərbaycana qarşı deyil, həm də Ermənistan hökumətinə qarşı mübarizə aparır.

KONKRET.az xəbər verir ki, bunu erməni ekspert Qrant Aleksanyan yazıb.

“Deyirlər ki, Ermənistan hakimiyyəti Qarabağdan əllərini çəkib. Sonu bədbəxtlik olacağını nə bilərdik?

Onlar hər cür çalışırlar ki, bizim kiçik “ölkə”mizi Azərbaycana versinlər. Bu məqsədlə düşmənlə müqavilələr bağlayır, bəyanatlar verir, Ermənistan rəhbərliyini hədələyir, öz adamlarını regionun dövlət quruluşunda yerləşdirməyə çalışırlar. Bütün bunlara qarşı çıxmaq lazımdır.

Qarabağ erməniləri indi faktiki olaraq təkcə Azərbaycan hökumətinə qarşı deyil, həm də onunla siyasi müttəfiq olan Ermənistan hökumətinə qarşı mübarizə aparırlar.

Yaxşı və ya pis, Qarabağın hazırda yalnız bir tərəfdaşı var: Rusiya Federasiyası. Ona ağıllı və hörmətlə yanaşmalısan, əks halda problem olmayacaq.

Bizim çoxəsrlik yaxşı erməni-rus dialoq ənənəmiz var, gəlin ona arxalanaq. İndi bütün dünyada dəb halına gələn nəticəsiz anti-Rusiya isteriyasına qiymət verməyək.

Bizim Rusiya ilə maraqlarımız, tariximiz var. Bu təhlükəli dövrdə uzaqgörən və ciddi olsaq, hələ o ölkədən çox şey ala bilərik.

Boş-boş və lovğalıqla əcnəbilərin xoşuna gəlmək üçün ruslara qarşı çıxmaq lazım deyil. Masa arxasında, bərabər şəraitdə onlarla danışmaq, müzakirə etmək lazımdır.

Qarabağda və ya Ermənistanda rusları qəzəbləndirməyə ehtiyac yoxdur. Biz bundan heç nə qazanmayacağıq, əksinə, əziyyət çəkəcəyik”, – deyə Aleksanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*