“Qarabağ”ın UEFA reytinqindəki mövqeyi məlum oldubackend

Qarabağ”ın UEFA reytinqindəki mövqeyi məlum oldu

Avrokubokların 1/8 final mərhələsi başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb.

KONKRET.az xəbər verir ki, Azərbaycanı “Top-100″də yalnız bir komanda ilə təmsil olunub.

Son ölkə çempionu “Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bayer”ə 2:3 hesabı ilə uduzub. Bununla da avrokuboklarda mübarizəni dayandıran Qurban Qurbanovun yetirmələrinin aktivində 33,000 xal qalıb.

“Qarabağ” Avropada 57-ci yerə şərikdir. Ağdam klubu “Betis”lə eyni göstəriciyə malikdir. Bu iki komanda 57-58-ci yerləri bölüşür.

“Qarabağ” ötən cədvəllə müqayisədə bir addım geriləyib. Təmsilçimiz “Fiorentina”nı önə buraxıb. İtaliya klubu 34,000 xalla 55-ci yeri “Fənərbaxça” ilə bölüşür.

Qeyd edək ki, siyahıya 146,000 xala malik “Mançester Siti” başçılıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*