QARABAĞ QAZİSİ qəzada həyatını itirdibackend

QARABAĞ QAZİSİ qəzada həyatını itirdi

Qarabağ müharibəsi döyüşçüsü Qədir Musayev dünən axşam saatlarında yol qəzasında vəfat edib.

KONKRET.az  xəbər verir ki, Biləsuvar rayonunun Ağayrı kənd sakini, Qarabağ müharibəsi əlili Q.Musayev dövlət tərəfindən ona verilən “Naz Lifan” markalı avtomobilin idarəetməsini itirərək maşını aşırıb. Qəza nəticəsində, dünyasını dəyişib.

Qədir Musayev Qarabağ döyüşləri zamanı Biləsuvar könüllülərindən ibarət batalyonunun komandiri olub. 2005-ci ildə ağır cinayətdə ittiham edilərək həbs edilib, 2006-cı ildə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.

2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilərək azadlığa buraxılıb.

apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*