Qarabağda min pəstahdan çıxan “Speçnaz QAQO” – 5 milyardlıq SƏRVƏTbackend

Qarabağda min pəstahdan çıxan "Speçnaz QAQO" - 5 milyardlıq SƏRVƏT

Təxminən 30 il işğal altında qalan Qarabağda separatçı qurum yaradan erməni klanı milyonlarla dollar sərvətə sahib olublar. Qanunsuz olaraq narkotik maddələrin tranzit yoluna çevrilən nəzarətsiz ərazilərdə dünya cinayətkar şəbəkənin erməni qrupu çirkin əməlləri vasitəsilə böyük var-dövlət və əmlak sahibi olublar.

KONKRET.az xəbər verir ki, həmin cinayətkar şəbəkənin üzvlərindən biri olan separatçı qurumun daha bir gizli şəxsi, xüsusi xidmət qurumunun rəhbər vəzifəli şəxslərindən “sayılan” Qaqik Sarkisyana (“Speçnaz” Qaqo) məxsus “Dominic System” şirkəti çirkli pulların yuyulması, narkotik maddələrin qanunsuz dövriyyəsi nəticəsində külli-miqdarda gəlir əldə edib.

Artıq Ermənistan KİV-ində “Speçnaz Qaqo”nun ailə biznesindən geniş bəhs edilir. Bildirilir ki, O, Bako Saakyanın dövründə və Arayik Arutyunyanın himayəsi ilə böyük cinayətlər törədib. Qaqik Sarkisyan Arayikin eyni zamanda pul kisəsi olub.

Elə ona görə də Qaqik Sarkisyanın qeyri-qanuni fəaliyyət göstərən İnvestisiya Fonduna olan 5 milyard dramdan çox borcu naməlum səbəblərdən silinib.

“Speçnaz Qaqo”nun oğlu, “Dominic System” MMC-nin faktiki direktoru olan Davit Sarkisyan deyilənləri təkzib eləsə də, fakt faktlığında qalır. Şirkət direktoru onların ailə biznesi ilə bağlı yayılan məlumatları siyasi sifariş kimi qələmə verir.

O, 2020-ci ilin 44 günlük müharibəsi zamanı 1 milyard 400 milyon dramdan çox daşınar və daşınmaz əmlakını itirdiyini deyir. Oğru, cani elə bağırır ki, doğrunun bağrı yarılır. Qarabağda min pəstahdan çıxan Qaqik indi də Ermənistan hökumətindən kompensasiya tələb edir.

Qeyd edək ki, dəmir yumruğun zərbəsini alan baş separatçı Samvel Şahramanyan Ermənistanın hüquq-mühafizə orqanlarına korrupsiya ilə bağlı iddia edilən hər hansı məlumatı araşdırmağı xahiş edib. O da hesab edir ki, separatçı qurumun mənimsəmə və sui-istifadə halları dəhşətli xarakter alıb. O, respublikanın baş prokuroru Anna Vardapetyanla görüşməyə, korrupsiya işlərinə töhfə verməyə hazır olduğunu bildirib.

Vardapetyan hələ ki, Samvel Şahramanyana heç bir cavab verməyib.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*