“Qarabağı Azərbaycan ərazisi kimi tanıya biləcək bütün sənədlər bizim üçün qəbuledilməzdir” – Araik SƏRSƏMLƏDİbackend

"Qarabağı Azərbaycan ərazisi kimi tanıya biləcək bütün sənədlər bizim üçün qəbuledilməzdir" - Araik SƏRSƏMLƏDİ

“Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıya biləcək bütün sənədlər bizim üçün qəbuledilməzdir”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı separatçı tör-töküntülərinin lideri Araik Arutyunyan Facebook səhifəsində yazıb.

“Əziz həmvətənlər, bizi heç nə bizim seçdiyimiz yoldan döndərə bilməz. Bu yol – Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnun ilkin və mübahisəsiz şərti əsasında Qarabağın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması yoludur.

Qarabağ Azərbaycanın bir hissəsi ola bilməz və olmamalıdır. Çünki birincisi, “arsax” xalqı öz taleyini öz “vətənində” həll edir, ikincisi, biz soyqırıma və vətəndən məhrum edilməyə imkan verməyəcəyik.

Biz dəfələrlə bəyan etmişik və indi də təsdiq edirik ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıya biləcək bütün sənədlər bizim üçün qəbuledilməzdir”, – deyə o çərənləyib.

Deyəsən, Arayik erməni qardaşlarının müsibətlərindən dərs almayıb. Yüzlərlə erməni leşinin ortalıqda qaldığı bir vaxtda bu cür sərsəm çıxış etmək ancaq xəstə təfəkkürlü axmağın ağlına gələ bilər. Belə getsə, “Dəmir yumruq” Araikin başını birdəfəlik əzəcək.

Xuraman Etibarlı,

KONKRET.az

  • Namiq
    Sentyabr 21, 2022 - 18:53

    Bunlar xəstə və saxta təfəkkürlü insanlar olsa da(insan demək mümkünsə)tutduqları yoldan dönürlər.Biz isə çox rahatlıq,hər biri dövlətimizin üstünə atırıq.Bu torpaqlara xalqa məxsusdur.Xalq davamlı dövlətlə birgə Qarabağın bizim olması üçün işlər görməlidir.Yatmaq olmaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*