Rusiyanın Nijni Taqil şəhərində yerli iş adamı rayon məhkəməsinin binasının yaxınlığında tanışını küçədə güllələyərək öldürüb.
KONKRET.az xəbər verir ki, 56 yaşlı cinayətkar ov üçün nəzərdə tutulan “Sayqa” markalı tüfənglə zərərçəkənin kürəyindən atəş açıb. Kişi yerə yıxıldıqdan sonra isə onu yenidən güllələyərək öldürüb.
Cinayəti törədən şəxs hadisədən qısa müddət sonra saxlanılıb.
İlkin ehtimallara görə, hadisənin səbəbi maliyyə münaqişəsi olub. Bildirilir ki, öldürülən şəxs şübhəliyə külli miqdarda borclu olub və həmin pulu qaytarmaqdan imtina edib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin birinci hissəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.//lent.az
