Qazaxıstan Google xidmətlərinə girişi məhdudlaşdırdıbackend

Qazaxıstan Google xidmətlərinə girişi məhdudlaşdırdı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Bazar günü Qazaxıstanda Google xidmətlərinə giriş çətinləşib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, hətta YouTube internet kanalına giriş olsa da, dərhal açılmır. Android istifadəçiləri üçün tətbiqetmə xidməti olan PlayMarket-ə giriş də bloklanıb.

Dünyadakı saytlar və xidmətlərə girmə ilə bağlı problemləri izləyən Downdetector veb saytı Google-un hazırda heç bir problemə sahib olmadığını göstərir. Bu problem özünü yalnız Qazaxıstanda göstərir. Bu ölkədə cümə axşamından etibarən Telegram messencerinə də giriş məhdudlaşıb. Mobil operatorlar və İnternet provayderləri vasitəsi ilə də sistemə giriş mümkün deyil.

Qeyd edək ki, 2019-cu ilin baharının sonuna qədər Qazaxıstan demək olar ki, hər axşam bir sıra xidmətlərə, sosial şəbəkələrə və sürətli mesajlaşmalara, o cümlədən Telegram, Facebook, YouTube-a giriş bağlamışdı.

Ötən cümə günü Jambul vilayətinin Korday rayonunda baş verən hadisələr zamanı ölkənin ən populyar messenceri olan WhatsApp-ın işi Qazaxıstanda bir neçə saat məhdudlaşdırılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*