Qazaxıstanda referendumda qayda pozuntusu qeydə alınmayıbbackend

Qazaxıstanda referendumda qayda pozuntusu qeydə alınmayıb

Qazaxıstanda konstitusiyaya düzəlişlə bağlı referendum baş tutmuş hesab edilir.

KONKRET.az xəbər verir ki, səsvermə hüququ olan əhalinin 50%-dən çoxu referendumda iştirak edib. Nəticələr isə gecə yarısından sonra məlum olacaq.

Səsvermə məntəqələri bağlandıqdan sonra iştirak sayının 68,44% olduğu təsdiqlənib.

Səsvermə sakit şəraitdə keçib. Polisə qayda pozuntusu ilə bağlı heç bir məlumat daxil olmayıb. Bununla belə, güc strukturları gücləndirilmiş rejimdə çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*