Qazaxıstanda şiddətli qasırğa: Fövqəladə vəziyyət elan olundubackend

Qazaxıstanda şiddətli qasırğa: Fövqəladə vəziyyət elan olundu

Qazaxıstanın Akmola bölgəsində şiddətli qasırğa meydana gəlib.

KONKRET.az-ın məlumatına görə, təbiət hadisəsi elektrik naqillərinin qırılması, ağacların kölərindən qoparaq aşması və evlərin dam örtüklərinin uçması ilə nəticələnib.

Hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.

Buna baxmayaraq, bölgədə fövqəladə vəziyyət elan edilib. Vətəndaşlara dəyən maddi zərəri müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*