Qazaxıstanın Karaqanda vilayətində UPLA286 tipli P2002 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
KONKRET.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər həlak olub
Təyyarə sentyabrın 30-da səhər saatlarında Uştobe kəndindəki Balapan təlim meydançasından havaya qalxıb. “Saat 07:46-da təyyarənin heyəti ilə əlaqə kəsildi. Axtarış zamanı təyyarənin qalıqları və iki ölü aşkar edilib. Faktla bağlı Nəqliyyat Nazirliyinin Qəzaların İstintaq İdarəsi tərəfindən araşdırmalara başlanılıb”, – deyə məlumatda bildirilir.
Ariz Həsənoğlu,
KONKRET.az
