“Qazprom” Moldova ilə razılaşdıbackend

“Qazprom” Moldova ilə razılaşdı

Moldova hökuməti “Qazprom”dan noyabrın 24-dən qaz tədarükünü dayandırmamağı xahiş edib.

KONKRET.az xəbər verir ki, bunu “Qazprom”un sözçüsü Sergey Kupriyanov bildirib.

Hökumət bunun üçün pulu noyabrın 26-da ödəyəcəyini vəd edib.

“Moldova hökuməti “Qazprom”dan bu gündən qaz tədarükünü dayandırmamağı xahiş edib. Cari ödənişləri bu il noyabrın 26-da tam şəkildə həyata keçirməyi öhdəsinə götürür. “Qazprom” Moldova vətəndaşlarının düşə biləcəyi çətin vəziyyətə xoş niyyət və anlayış göstərərək, bu xahişlə razılaşıb”, – deyə Kupriyanov bildirib.

O qeyd edib ki, “Qazprom” Moldovanın gələcəkdə müqavilə öhdəliklərini mütləq yerinə yetirəcəyinə və cari ödənişlərin vaxtında ödənilməsinə əmindir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*