Qərb bölgəsində güclü yağış fəsadlar törətdibackend

Qərb bölgəsində güclü yağış fəsadlar törətdi

Qərb bölgəsində yağıntılı hava şəraiti bir sıra fəsadlara səbəb olub.

KONKRET.az– ın məlumatına görə, hazırda Daşkəsən, Gədəbəy, Şəmkir, Göygöl və Samux rayonlarında, həmçinin Gəncə şəhərində yanğıntılı hava şəraiti müşahidə olunur.

Daşkəsən rayonunda leysan səbəbindən bəzi ərazilərdə sakinlərin təsərrüfatına qismən zərər dəyib. Avromobil yollarında nəqliyyatın hərəkətində bir müddət çətinliklər yaranıb. Bəzi hündür dağlıq ərazilərə isə ildırım düşüb.

Şəmkir, Gədəbəy, Göygöl və Samux rayonlarına və Gəncə şəhərinə də yağış yağıb. Dağlıq rayonlarda əkin sahələrinə ziyan dəyib.

Hava şəraitinin digər fəsadlara səbəb olub-olmadığı adiyyatı qurumlar tərəfindən araşdırılır.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir. Dağlıq ərazilərdə güclü ildırım çaxır.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*