“Qərb İranı özünə düşmən dövlət saymır” – Bəs Tehrandakı erirazlar kimlərin “əl işidir”? – ƏTRAFLIbackend

“Qərb İranı özünə düşmən dövlət saymır” – Bəs Tehrandakı erirazlar kimlərin “əl işidir”? – ƏTRAFLI

Bir neçə gündür ki, İranda etirazlar səngimək bilmir. Artıq vəziyyət o həddə çatıb ki, polis kütləni dağıtmaq üçün silahdan istifadə etməyə məcbur olub. İran əhalisi isə mövcud hakimiyyətin istefasını tələb edərək bu istiqamətdə müxtəlif şüarlar səsləndirirlər. İranın Ali dini liderinin vəziyyətinin ağır olması haqda yayılan xəbərlər fonunda ölkəni bu cür etiraz dalğasının bürüməsi mövcud hakimiyyət üçün ciddi təhlükələrin olacağından xəbər verir. Belə bir məqamda İranı hansı aqibətin gözləyədiyi isə maraq doğurur və mövzu dünyanın diqqət mərkəzindədir.

Baş verənləri KONKRET.az-a şərh edən politoloq Zaur Məmmədovun sözlərinə görə, İranda uzun müddətdir ki, mövcud qanunlar və yaşam tərzi ilə bağlı insanlar arasında ciddi narazılıq var: “Onlar bugünkü münasibətlər sisteminin davamlı olmasını istəmirlər. Azyaşlı qızın döyülərək öldürülməsindən sonra isə İran vətəndaşları, xüsusilə də gənclər ayağa qalxaraq bu kimi hadisələrə “dur” demək vaxtının çatdığını bəyan edirlər. Hazırda Ali dini liderin vəziyyəti ilə bağlı xəbərlərin birmənalı olmaması rəsmi Tehranın vəziyyətini daha da çətinə salır. Nümayişə çıxan bu qrupların arxasında isə doğurdan da səmimi olan, hakimiyyətə qarşı etiraz edən və dini qanunların dəyişilməsini arzulayan əhali dayana bilər. Yaxud istisna edilmir ki, etirazçı qrupların arxasında İsrail, Səudiyyə Ərəbistanı və ABŞ kimi dövlətlərdəki qruplar dayanır. Əslində “İranda hakimkyyətin dəyişilməsi Qərbin marağındadırmı və ya ABŞ-dakı qüvvələr bunu istəyirmi” sualı ətrafında düşünmək lazımdır. Lakin bu suala birmənalı cavab vermək də mümkün deyil. Əgər ABŞ və Qərb bunu istəsəydi, İranda çoxdan hakimiyyət dəyişikliyinə nail olardı. İranın sanksiyalarla üzləşməsinə baxmayaraq bəzi məsələlərdə ABŞ və Britaniya tərəfindən rəsmi Tehrana “yaşıl işıq” yandırılır. Bugünki Fransa-İran münasibətlərinə baxsaq, hər şeyin “publikanın” baxış bucağındakı kimi olmadığını görə bilərik. Qərb heç İranı özünə düşmən dövlət saymır”.

Zaur Məmmədov: “Azərbaycan nə Ukraynadır, nə də Gürcüstan. Biz beynəlxalq  institutları qapı - qapı gəzmirik” | İnter Press

Politoloq əlavə edib ki, İrandakı etirazların inqilabla nəticələnəcəyi real deyil: “Amma bu etirazlar İran hakimiyyətinə bir “sillə” vurmalıdır. Biz son zamanlar İranın bəzi dairələrində Azərbaycana qarşı sərt fikirlərin səsləndirildiyini görürük. Amma onlar indi vəziyyətin necə olduğunu dərk etməlidirlər. Başqa xarici dövlətlərin işlərinə burunlarını soxmaqdansa, öz sosial-mədəni və iqtisadi məsələləri ilə maraqlansalar yaxşı olar. Oradakı hadisələrin nəticəsi Cənubi Azərbaycandakı vəziyyətdən asılıdır. Təbrizdə, Ərdəbildə və digər şəhərlərdə yaşayan əhalinin baş verənlərə reaksiyası çox önəmlidir. Buna görə də, Tehran hakimiyyəti ermənilərdən Azərbaycana qarşı istifadə etməyə, ordumuzla təhdid dili ilə danışmağa son verməlidir. Çünki hazırda baş verən proseslər İranda əhalinin dəyişiklik və modern həyat tərzi istədiyini sübuta yetirir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*