Qətlə yetirilən səfirin xanımı: Ağrım ancaq bu şəkildə yüngülləşərbackend

Qətlə yetirilən səfirin xanımı: Ağrım ancaq bu şəkildə yüngülləşər

Bunu Türkiyə-Rusiya əlaqələrinə ziyan vurmaq üçün etdiklərini bilirəm. Bu səbəbdən ağrımı ancaq Türkiyə-Rusiya əlaqələrinin inkişafı yüngülləşdirə bilər.

KONKRET.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki qətlə yetirilən səfiri Andrey Karlovun xanımı Marina Karlova bildirib.

Xatırladaq ki, səfir Andrey Karlov 2016-cı il Türkiyədə təşkil oluna “Rusiya türklərin gözü ilə” sərgisində iştirakı zamanı qətlə yetirilib. Hadisəni törədən Mövlüd Mərd Altındaş təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

Yaşanan hadisəni provokasiya adlandıran Putinin qənaəti ilə həmfikir olan Prezident Rəcəb Tayyib Ərdoğan səfirin qatilinin Mərd Altındaş adlı polis əməkdaşı olduğunu təsdiqləyib və bu qətldə FETÖ-nun məqsədinin Rusiya və Türkiyə arasına nifaq salmaq olduğunu bildirib.

Bir cavab yazın