Qırğızıstan-Tacikistan arasında gərginlik: 2 ölü, 26 yaralı – YENİLƏNİBbackend

Tacikistan-Qırğızıstan sərhədində xəsarət alanların sayı 46 nəfərə çatdı — YENİLƏNİB

Qırğızıstan-Tacikistan sərhədində iki ölkənin hərbçiləri arasında silahlı toqquşma zamanı təkcə Qırğızıstan tərəfindən 46 nəfərin xəsarət aldığı bildirilib. 

KONKRET.az xəbər verir ki, bu barədə TASS ölkənin sərhəd xidmətinin məlumatına istinadən xəbər verib.

Məlumata əsasən, onlardan ikisi ölüb, qalanları isə xəstəxanaya yerləşdirilib.

Hazırda tərəflər arasında atəşkəs barədə razılaşmaya əsasən, bölgədə nisbi sabitlik hökm sürür.

18:25

Qırğızıstanla Tacikistan arasında gərginlik davam edir.

KONKRET.az xəbər verir ki, toqquşmalar zamanı Qırğızıstan tərəfdən 2 nəfər ölüb, 26 nəfər isə yaralanıb. Hər iki tərəf sərhəddə əlavə qüvvələr toplayır.

Qırğızıstan və Tacikistan baş nazirlərinin sabah Avrasiya İqtisadi Birliyinin sammitində görüşməsi də nəzərdə tutulub.

***

17:35
Qırğızıstan Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələri Tacikistanın sərhəd postunu ələ keçirib.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan Sərhəd Xidməti yayıb.

Rəsmi Düşənbə Qırğızıstan hərbçilərini Tacikistan sərhədçilərinə atəş açmaqda günahlandırıb. TASS-ın məlumatına görə, bu barədə Tacikistan Dövlət Təhlükəsizlik Komitəsindən bildirilib.

Qeyd olunub ki, aprelin 29-da, saat 13:05-də (Bakı vatı ilə 12:05-də) “Qolovnoy” su paylama məntəqəsinin İsfara çayının yuxarı axarında yerləşən hissəsində Qırğızıstan hərbçiləri Tacikistan Sərhəd Qoşunlarının hərbi qulluqçularına atəş açıblar.

Düşənbə Qırğızıstan tərəfinin bu hərəkətlərini Tacikistanla ikitərəfli müqavilələrin pozulması kimi qiymətləndirib. Qeyd olunub ki, 1924-1927-cu illərin, eləcə də 1989-cu ilin xəritələrinə uyğun olaraq münaqişəyə səbəb olmuş “Qolovnoy” su paylama məntəqəsi tamamilə Tacikistan Respublikasına məxsusdur və 1968-ci ildən bəri Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarının sərhəd bölgələrinin suvarma və su təchizatı üçün istifadə edilir.

“İnterfaks” isə Qırğızıstanın Batken rayonu icra hakiminin müavini Marufxan Tulayevə istinadən xəbər verir ki, atəşi Tacikistan tərəfi açıb və bundan sonra qırğız sərhədçiləri cavab atəşi açıblar.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Başından güllə yarası almış tacik vətəndaşlarından birinin vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir.

/report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*