Qırğızıstanda partnyor doğuşları ləğv edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan parlamentindən bildirilib.
Deputat Nadira Narmatova bildirib ki, kişilər doğuşa buraxılmamalıdır.
“Biz bu protokolu aradan qaldırmalı və kişilərin doğuşda iştirakını qadağan etməliyik. Buna görə də qeysəriyyə əməliyyatı çoxalıb”, – deyə qadın hiddətlə bildirib.
Səhiyyə naziri Alımkadır Beyşenaliyevi vurğulayıb ki, köhnə sistemə qayıdıblar. Partnyor doğumları indi ləğv edilir.