Qorbaçov yaşı ilə rekorda imza atdı – FOTObackend

Qorbaçov yaşı ilə rekorda imza atdı - FOTO

SSRİ-nin ilk və son Prezidenti, 1990-cı il yanvarın 20-də törədilmiş Bakı qırğınının səbəbkarı Mixail Qorbaçov yaş rekorduna imza atıb.

KONKRET.az xəbər verir ki, bu gün Mixail Qorbaçovun 90 yaşı tamam olub. Bununla o, keçmiş SSRİ rəhbərləri arasında ən uzun yaşamış şəxs hesab olunur.

Ondan sonra gələn ən uzunömürlü SSRİ liderlərindən – SSRİ Nazirlər Sovetinin sədri Georgi Malenkov 87 yaşında, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi  Nikita Xruşşev 77 yaşında, onun sələfi Leonid Brejnev isə 76 yaşında vəfat edib.

Qeyd edək ki, Qorbaçov SSRİ-yə 1985-ci ildən ittifaqın dağıldığı 1991-ci ilə qədər rəhbərlik edib.

Qorbaçov yaşı ilə rekorda imza atdı

/“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*